Avtobus aşdı: 3 ölü, 8 yaralı


Digərləri 03 Yan 2019 15:19:20 311 0

Avtobus aşdı: 3 ölü, 8 yaralı

Bu gün saat 12:15 radələrində İranın Savə-Həmədan avtomagistralının 40-cı kilometrliyində avtobus yol kənarındakı maneəyə çırpılaraq aşıb.

Bakı. Elnur Bağışov - Bu gün saat 12:15 radələrində İranın Savə-Həmədan avtomagistralının 40-cı kilometrliyində avtobus yol kənarındakı maneəyə çırpılaraq aşıb. Trend-in məlumatına görə, bunu İranın Mərkəzi vilayəti yol polisinin rəisi polkovnik İrəc Kəhrizi deyib. Onun sözlərinə görə, hadisə nəticəsində 3 nəfər həlak olub. 8 sərnişin isə yaralanıb.