Yasında "selfi" çəkilən qadının oğlu danışdı: "O videonu ona görə çəkmişdik ki..."


Digərləri 03 Yan 2019 14:24:00 473 0

Yasında "selfi" çəkilən qadının oğlu danışdı: "O videonu ona görə çəkmişdik ki..."

Azərbaycanda yas yerindən "selfi" edən xanımın videosu sosial şəbəkələrdə trendə çevrilib.

Vətəndaşlardan biri anasının yas yerindən selfi edib və deyib: "Qoy duysun hamı. Anamın öldüyünü hamı bilsin. Onu gəlib aparmaları üçün hazırlıq görürürəm"

Son.az xəbər verir ki, azxeber.com hadisə ilə bağlı mərhumun oğlu Əliağa Cəfərov ilə əlaqə yaradıb.

O hadisənin təfərrüatını danışıb.

- Necə oldu ki, bacınız yas mərasimində "selfi" çəkmək qərarına gəldi?

- Mən çox əsəbiyəm, neçə gündür ki, ailəmiz özünə gələ bilmir. Hadisənin təfərrüatını sizə danışmaq istəyirəm. Həmin xanım dekabr ayının 2-də dünyasını dəyişib. Mərhumun qızı da o videonu çəkərək Türkiyədə yaşayan yaxın qohumumuza göndərib. Bunu ona görə edib ki, həmin şəxs o anda ölkəyə gələ bilməyib. Sadəcə, o burada olmadığı üçün özünü günahkar hesab edib deyə bu video ona göndərilib ki, sakitləşsin. Burada qeyri-adi nə var axı? Hamımızın qohumu biz yanında olmayanda ölə bilər. Bu, heç də günah deyil.