Tramp terrorçu PKK/YPGPYDnın İrana neft satmasını pisləyib


Dünya 03 Yan 2019 13:52:00 426 0

Tramp terrorçu PKK/YPGPYDnın İrana neft satmasını pisləyib

ABŞ Prezidenti Donald Tramp terrorçu PKK/YPG-PYD qruplaşmasının Suriya ərazisindəki xam nefti İrana satmasından narahat olduqlarını bildirib.

Son.az report-a istinadən xəbər verir ki, məlumatı "Anadolu" agentliyi yayıb.

"Onların (PKK/YPG-PYD-ni nəzərdə tutur - red.) əlindəki az miqdarda nefti İrana satması xoşuma gəlmir. Biz onlardan satmamalarını istədik. Bizim kürd tərəfkeşlərimizin İrana xam neft satması məni qətiyyən sevindirmir", - Donald Tramp vurğulayıb.

O, bununla belə, ABŞ-ın hərbçilərini Suriyadan çıxarsa da, PKK/YPG-PYD-nin müdafiəsini təmin edəcəklərini qeyd edib: "Onlar Türkiyənin xoşuna gəlməsələr də, onları başqaları bəyənir. Onlar çox yaxşı döyüşürlər. Biz kürdləri (terrorçu PKK/YPG-PYD-ni nəzərdə tutur - red.) müdafiə edəcəyik. Mən Suriyada əbədi qalmaq istəmirəm. Ora qum və ölümdən ibarətdir".