286 kq çəkili qadın qızına görə arıqlayır VİDEO FOTO


Digərləri 03 Yan 2019 13:43:00 314 0

286 kq çəkili qadın qızına görə arıqlayır  VİDEO  FOTO

Həmin gün ofisdə idim. Dəhlizdə təngənəfəs oldum, az qaldım boğulum. Guya telefonda kiminləsə danışırmış təki durdum, nəfəs dərdim. Bir qədər özümə gəldim.

ABŞ-ın Missisipi ştatında yaşayan Lenetra Rid belə deyir.

Son.az Daily Mail-ə istinadən bildirir ki, 39 yaşlı Linetra ötən ilin noyabrından bəri idmanla məşğuldur. O, fitnes təlimatçısı Frenk Harbinin rəhbərliyi ilə məşq edir.

Səbəb Linetranın ifrat izafi çəkidən qurtulmaq istəyidir.

Ötən ilin noyabrında çəkisi 286,9 kq olan Linetra məşqlər sayəsində artıq 19 kq arıqlayıb.

Məşqçinin dediyinə görə, Linetra çox iradəli, inadkar və qətiyyətlidir.


Xəbərə aid fotolar