Paytaxtın 2 küçəsində svetoforla bağlı yenilik ediləcək


Digərləri 03 Yan 2019 13:06:00 261 0

Paytaxtın 2 küçəsində svetoforla bağlı yenilik ediləcək

Təbriz küçəsi ilə Həsənoğlu küçələrinin kəsişmələrində aparılan təhlillərin nəticəsində hazırlanan layihənin icrası sayəsində kəsişmədə nəqliyyat sıxlığı azalıb və hərəkət iştirakçılarının təhlükəsizliyi təmin edilib.

Bakı Nəqliyyat Agentliyindən Son.az-a verilən məlumata görə, layihənin icrasından sonra aparılan müşahidələr nəticəsində müəyyən edilib ki, Həsənoğlu küçəsinin Heydər Əliyev prospektindən Təbriz küçəsi istiqamətində pik saatlarda nəqliyyat növbəsinin uzunluğu 396 metrdən 58 metrə, Fətəli xan Xoyski küçəsindən Təbriz küçəsi istiqamətində isə 493 metrdən 102 metrə qədər azalıb.