Nağdsız ödəniş edib, "13cü maaş" qazanın!


Digərləri 03 Yan 2019 12:15:00 237 0

Nağdsız ödəniş edib, "13cü maaş" qazanın!

Kapital Bank-ın ödəniş kartları ilə məvacib alan müştərilər "13-cü maaş" adlı stimullaşdırıcı lotereyada iştirak edib, aldıqları rəsmi məvacib miqdarında, hədiyyə qazana bilərlər. Minimum 10 manat olan hər nağdsız ödəniş, 1 iştirak şansına bərabər tutulur.

Şərtlərə görə, müştərilər 13 yanvar 2019-cu ilədək POS terminal və ya İnternet vasitəsilə onlayn ödəniş əməliyyatı etməklə, avtomatik olaraq lotereya iştirakçısı olurlar. Rüsum, kommunal və kredit ödənişləri, həmçinin Card-to-card əməliyyatları lotereyada iştirak etmir.