4 otaqlı evdə yanğın


Digərləri 03 Yan 2019 11:04:00 203 0

4 otaqlı evdə yanğın

Sabirabadda 4 otaqlı evdə yanğın olub.

FHN-dən Son.az-a verilən məlumata görə, rayonun Çöl Ağaməmmədli kəndində ümumi sahəsi 190 m² olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin 1 otağının yanar konstruksiyaları 35 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.