"Arvadımın Əliyə göndərdiyi çılpaq şəkilləri gördüm"


Dünya 03 Yan 2019 10:40:13 520 0

"Arvadımın Əliyə göndərdiyi çılpaq şəkilləri gördüm"

Bodrumda ötən ilin bu günləri məşhur iş adamı Əli Özdəmiri (46) arvadı Tuğba Ö. ilə yataqda tutduğu üçün öldürən ortağı Mustafa Ö.-nün məhkəmə prosesi keçirilib.

Son.az Haberler-ə istinadən xəbər verir ki, ziddiyyətli ifadələrin verildiyi prosesdə təqsirləndirilən M.Ö. cinayəti planlı şəkildə törətmədiyini, silahdan istəmədən atəş açıldığını qeyd edib. M.Ö. qətl olayından sonra tapılmayan silahı qaynının götürdüyünü bildirib.

Qaynı S.A. isə M.Ö-nün sözlərini təkzib edərək silahı heç görmədiyini vurğulayıb.


Xəbərə aid fotolar