Deputat: TANAP Azərbaycan və Türkiyə həmrəyliyinin əyani göstəricisidir


Digərləri 03 Yan 2019 10:01:00 211 0

Deputat: TANAP Azərbaycan və Türkiyə həmrəyliyinin əyani göstəricisidir

TANAP Azərbaycan və Türkiyə həmrəyliyinin əyani göstəricisidir.

Bakı. Rufiz Hafizoğlu - Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsinin reallaşdırılması Azərbaycan və Türkiyə həmrəyliyinin əyani göstəricisidir. Trend-in məlumatına görə, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından olan deputat Bülent Turan deyib. B.Turan TANAP-ın, həmçinin enerji "İpək Yolu" olduğunu bildirib. Millət vəkili vurğulayıb ki, Türkiyə və Azərbaycan bu gün bir çox enerji layihələri həyata keçirir: "Türkiyə və Azərbaycan arasında münasibətlər bütün istiqamətlərdə inkişaf edir". Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin