Rusiyada sərnişin avtobusu yük maşını ilə toqquşdu:


Dünya 03 Yan 2019 09:15:00 220 0

Rusiyada sərnişin avtobusu yük maşını ilə toqquşdu:

Rusiyanın Tulskaya vilayətində "Moskva-Belqorod" reysi üzrə hərəkət edən sərnişin avtobusu yük maşını ilə toqquşub.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə "TASS"a Rusiya Daxili İşlər Nazirliyinin regional idarəsinin mətbuat xidmətindən bildiriblər.

İdarədən bildirilib: "Qəza yanvarın 3-ü, Moskva vaxtı ilə saat 00:15-də M-4 avtomobil yolunun 212-ci kilometrində baş verib. "Moskva-Belqorod" reysi üzrə hərəkət edən avtobus eyni istiqamətdə olan yük maşını ilə toqquşub. Qəza nəticəsində avtobusun 7 sərnişini xəsarət alıb, onlar Uzlovski rayonunun xəstəxanasına çatdırılıblar. Onlardan 6-sı xəstəxanaya yerləşdirilib, 1-i isə ambulator şəraitdə müalicəyə buraxılıb. Xəsarət alanların vəziyyəti dəqiqləşdirilib, onlar arasında uşaq yoxdur".