Parisdə "sarı jiletlər" hərəkatının nümayəndəsi həbs edilib


Dünya 03 Yan 2019 08:48:00 289 0

Parisdə "sarı jiletlər" hərəkatının nümayəndəsi həbs edilib

Fransada polislər "sarı jiletlər" hərəkatının nümayəndəsi Erik Drue həbs ediblər.

Son.az Trend-ə istinadən bildirir ki, E.Druenin saxlanılmasına səbəb Parisdə sanksiyalaşdırılmamış etiraz aksiyasının keçirilməsi olub.

Bildirilir ki, E.Drue yerli vaxtla saat 21:00-a yaxın Razılıq meydanında saxlanılıb.

Saxlanılan şəxsin vəkili bildirib ki, E.Drue şəhərin mərkəzində "sarı jiletləri" gösdükdən sonra onlara qoşulub. Onunlar birlikdə daha bir neçə nəfər saxlanılıb: "Bu qanunsuz həbsdir".