Tallində bir neçə təyyarə güclü külək səbəbindən eniş edə bilməyib


Dünya 02 Yan 2019 23:32:00 255 0

Tallində bir neçə təyyarə güclü külək səbəbindən eniş edə bilməyib

Estoniyanın paytaxtı Tallində bir neçə təyyarə güclü külək və pis görüntü səbəbindən eniş edə bilməyib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Tallin şəhərinin hava limanının mətbuat xidmətindən bildiriblər.

Məlumatda deyilir: "Kopenhagendən gələn "SAS" aviaşirkətinə məxsus təyyarə eniş edə bilməyib Kopenhagenə qayıdıb. Bundan əlavə, "Air Baltic" aviaçirkətinin Riqadan və Berlindən uçan təyyarələri Riqada eniş etdilər".