Hər gün yumurta yeyənlərin diqqətinə! bu, xəstəliyə səbəb olur


Digərləri 02 Yan 2019 23:28:00 270 0

Hər gün yumurta yeyənlərin diqqətinə!  bu, xəstəliyə səbəb olur

Yumurta sarısı təbiətdə tərkibində ən az xolesterol olan qidadır. Lakin dietoloqlar heç bir vaxt yumurtanı qadağan etmir və ya istənlən  qədər yumurta yeməyə də icazə vermirlər. Bəs çox yumurta yeməyin bəzi xəstəlikləri tətiklədiyini bilisiniz?

Son.az medicina.az-a istinadən həddən artıq çox yumurta yeməyin hansı xəstəliklərə səbəb ola biləcəyi haqda məlumat verir. 

Dünya miqyasında aparılan araşdırmada koronar ürək xəstəlikləri ilə qandakı xolesterin miqdarı arasında əlaqə olduğu məlum olub. Müalicə ilə qanda olan xolesterinin miqdarı azaldılaraq ürək xəstəlikləri risqinin də azaldılması mümkündür.  Lakin tərkibində xolesterinin midqarı az olan qidalarla qidalanan Yaponiya, Havay və San Fransisko sakinləri arasında da ürək xəstəliklərinin sayının get-gedə artdığı bildirilir. Bunu səbəbi isə onların qida rasionlarında yumurtanın geniş yer almasıdır. 

Yumurta istifadəsi qandakı xolesterol miqdarına çox böyük təsir göstərir.  Araşdırmaya görə,  qəbul edilən hər 100 mg xolesterolun bədəndə olan ümumi xolesterolu 2-3 mg artırdığı qeyd edilir. 

Sadə bir hesablama ilə bir yumurtanın tərkibində orta esabla 220 mg miqdarda  xolesterol olduğunu qeyd etsək o zaman, tək bir yumurta sarısı yeməklə ümumi xolesterolun 4-6 mg artdığını söyləmək olar.   Bir sözlə yumurta yeyən hər kəsin qanında olan xolesterolun yüksəlir.