Gül suyu dəri problemlərini aradan qaldırır


Digərləri 02 Yan 2019 23:02:00 589 0

Gül suyu dəri problemlərini aradan qaldırır

Gül suyu üz üçün faydalı olan təbii vasitələrdən sayılır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, dəri yaşlaşmasının qarşısının alınmasında, alt qatlara daxil olaraq oradakı piy və çirki təmizləməkdə onun müstəsna əhəmiyyəti var. O, pilinqdən sonra üzdəki gərginliyi, quruluğu və qaşıntını aradan qaldırır, üzdə yaranmış qızartını götürür, simanı canlı və parlaq göstərir.