Xərçəng xəstəliyinin 3D virtual reallıq modeli hazırlanıb


Digərləri 02 Yan 2019 20:45:00 450 0

Xərçəng xəstəliyinin 3D virtual reallıq modeli hazırlanıb

İngilis elm adamları xərçəng xəstəliyinin üçölçülü virtual reallıq modelini hazırlayıblar.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Böyük Britaniyanın Kembric Xərçəng Tədqiqatları İnstitutunda beynəlxalq araşdrıma çərçivəsində hazırlanan model vasitəsilə xəstədən alınan şiş nümunəsi ətraflı şəkildə araşdırılacaq və hər bir hüceyrənin xəritəsini çıxartmaq mümkün olacaq. Belə ki, model vasitəsilə şiş nümunələri genişləndiriləcək və hüceyrələr ətraflı öyrənilə biləcək.