Tanınmış müğənni ölümlə burunburuna gəldi


Digərləri 02 Yan 2019 00:45:00 475 0

Tanınmış müğənni ölümlə burunburuna gəldi

Türkiyəli müğənni Aylin Coşkun "Yok artık" mahnısının klip çəkilişləri üçün Taylanda səfər edib.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, çəkiliş zamanı müğənni ölümdən dönüb. Coşkun çəkiliş vaxtı okeanda fırtına ilə üzləşib.

Hadisə Taylandın Phuket adasında baş verib. Təbiət hadisəsi çəkiliş meydançasında qəribə hadisələrə səbəb olub. Müğənni senariyə uyğun olaraq okeanın ortasında tək qalıb. Bu zaman şahə qalxan dalğa Aylinin qulağına təzyiq edib və müğənni bir müddət eşitmə qabiliyyətini itirib. Çəkilişlərə fasilə verilsə də, bədbəxt hadisələr bir-birini izləyib.