Onlar dünyadan bu üç şeyi sevdilər


Digərləri 01 Yan 2019 23:55:00 281 0

Onlar dünyadan bu üç şeyi sevdilər

Hər kəs qiyamətdə öz sevdiyi ilə birgə olar buyurub Allah Rəsulu (s).

İnsan nəyi sevirsə, nəyə rəğbəti çoxdursa həmin şey insanın ruhiyyəsində dərin təsir buraxır. Yoldaşlar da bu cürdür. Kim kimi bəyənərsə, kimlə yoldaşlıq edə bilirsə demək onları birləşdirən cəhətlər vardır.

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, istər rəğbət bəslədiyi kəs olsun, istərsə də əməllər olsun bütün bunlar vücud baxımından daima insanla birgə olmasada, qəlbinin və ruhunun dərinliyində xüsusi, özünə məxsus yeri vardır.

Allah Təalanın dininə və dostlarına olan rəğbət də bu cürdür. Kimin rəğbəti Allahın dininə və dostlarına olsa, həmin kəs dünya və axirətdə rəbbinə yaxın məqamda olar.

" Bir gün Allah Rəsulu (s) soruşdu: Ya Əli dünyadan nəyi sevdin?

Əli (ə): Dünyadan 3 şeyi sevdim Ya Rəsuləllah (s) qonağa xidməti, yayın orucun, Allah düşmənləri ilə  qılıncla vuruşmağı.

Sonra Peyğəmbər Əbu Zərrdən: Sən nəyi sevdin ya Əba Zərr deyə soruşdu.

Əbu Zərr: Dünyada 3 şey mənə daha sevimlidir: Aclıq, xəstəlik və ölüm.

Peyğəmbər: Nə üçün?