Yaxşılığlara dəvətin ən doğru yolu Qurani Kərimdə


Digərləri 01 Yan 2019 22:40:00 232 0

Yaxşılığlara dəvətin ən doğru yolu Qurani Kərimdə

Pislikdən çəkindirmək və yaxşılığa dəvət İslam dininin əsas prinsiplərindən biridir. Çünki dinin ali hədəfi insanların Mütəal Allahı tanıması (ilahi mərifət) və bu mərifətin işığında nicat tapmasıdır. İman gətirən bəndənin din qarşısında olan vəzifələri özünü xilas etməklə bitmir, həmçinin digər insanların qayğısına qalmalı, digərlərini də bu ilahi nura doğru dəvət etməlidir.

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, yaxşılığa və xeyrə dəvəti Allah Təala Quranda bir vəzifə olaraq möminlərə bildirmiş, həmçinin bunun ən doğru yolunu da müəyyn etmişdir. Bu barədə Quranda buyurulur:

Siz insanlara yaxşı işlər görmələrini əmr etdiyiniz halda, özünüzü unudursunuz? Halbuki özünüz kitab oxuyursunuz. Məgər (çirkin əməllərinizi) başa düşmürsünüz? (Bəqərə-44)

Görünən budur ki, xeyrə gedən bütün yollar insanın özündən keçir. Yəni insan ilk növbədə özü xeyri əldə etməli, islah olmalı, özü əməl etməli, sonra digərlərini doğru yola dəvət etməlidir. Çünki belə olmadığı təqdirdə təbliğ edənin sözünün təsiri olmaz, xeyir vermək istədiyi halda zərər vermiş olar.

İmam Sadiq (ə) bu barədə buyurub:

"İnsanları əməllərinizlə dəvət edin, dillə dəvət edən olmayın". Əməllə dəvət olunması insanın özünün bu sahədəki islahı deməldir. Təbii ki, insan dəvət etdiyi yolda özü nümunə olmalıdır.