"ABŞın açıq sərhədləri demokratları narahat etmir"


Dünya 01 Yan 2019 21:32:00 203 0

"ABŞın açıq sərhədləri demokratları narahat etmir"

ABŞ prezidenti Donald Tramp bildirib ki, Birləşmiş Ştatların sərhədlərinin açıq olması ölkənin Demokrat Partiyasını narahat etmir.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə Ağ Ev rəhbəri özünün "Twitter" səhifəsində yazıb.

"Bir şey sübut edilib. Demokratları ABŞ-ın açıq sərhədləri və cinayətlər və həmin açıq sərhədlərlə gətirilən narkotiklər narahat etmir", - deyə ABŞ prezidenti yazıb.