Nəqliyyatı İntellektual İdarəetmə Sisteminin fəaliyyəti təkmilləşdiriləcək


Digərləri 01 Yan 2019 21:26:00 238 0

Nəqliyyatı İntellektual İdarəetmə Sisteminin fəaliyyəti təkmilləşdiriləcək

Nəqliyyatı İntellektual İdarəetmə Sisteminin fəaliyyəti təkmilləşdiriləcək və genişləndiriləcək.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı"nda deyilir.

Qeyd olunur ki, mövcud beynəlxalq təcrübəyə uyğun olaraq Nəqliyyatı İntellektual İdarəetmə Sistemi təkmilləşdiriləcək, Bakı şəhərinin inzibati ərazisində Nəqliyyatı İntellektual İdarəetmə Sisteminin imkanlarından daha səmərəli istifadə olunacaq və onun əhatə dairəsi tədricən respublikanın əsas avtomobil yolları üzrə genişləndiriləcək.