“Amazon”un sahibinin sərmayə qoyduğu


Digərləri 01 Yan 2019 18:35:00 249 0

“Amazon”un sahibinin sərmayə qoyduğu

İqtisadiyyat jurnalı "Forbes"in 2018-ci ilin oktyabr ayının məlumatına görə,"Amazon"un sahibi Ceff Bezos 160 milyard dollarlıq sərvəti ilə dünyanın ən zəngin insanlarından biridir.

Son.az facemark.az-a istinadən bildirir ki, Bezos, həmçinin sahib olduğu digər şirkətlərlə fərqli sahələrə investisiya edir. Onun investisiya üçün istifadə etdiyi şirkətləri isə belədir: "Bezos Expeditions" (investisiya şirkəti),"Nash Holdings" (özünə aid fərdi şirkət) və "Bezos Ailə Vəqfi"dir.

EverFi

Bezos "EverFi"yə 2017-ci ilin aprelində 160 milyon dollar investisiya edib. Təhsil texnologiyası sahəsində çalışan "EverFi" maliyyə təhsili, duyğusal və sosial öyrənmə ilə STEM sahəsində fokuslanıb.

General Assembly

Bezos 2011-ci ildə "General Assembly"ə 4,5 milyon dollar investisiya edib. Həmin vaxt bu sahə əslində birgə müəssisə olaraq fəaliyyət göstərirdi. "General Assembly" növbəti dövrlərdə isə onlayn və kurs təhsili verən platformaya çevrildi. Hazırda platformadan dünyanın 20 nöqtəsində istifadə əlçatandır. O texnologiya və dizayn sahəsində karyeralarını inkişaf etdirmək istəyənlərə kömək olur.

MakerBot

Milyarder 2011-ci ildə "MarketBot"a 10 milyon dollar investisiya edib. İnvestisiya 3D nəşrləri xalqa açıq edib. Platforma vasitəsilə, istehlakçılar 3D nəşrlərə daha asan əlçatacaq. Adıçəkilən şirkət eyni xidmətləri verən "Stratasys" tərəfindən alınıb.

NextDoor

NextDoor dəvətlə işləyən pulsuz sosial media tətbiqidir. İnsanlara yaxınlardakı təhlükəsizlik, iş fürsətləri, itən ey heyvanları və yerli siyasət kimi mövzularda xəbərləşməsinə kömək olur. O, adıçəkilən şirkətə digər bir investor David Sze ilə investisiya edib. Bezos, bu şirkətə investisiyanı isə "Bezos Expeditions" vasitəsilə həyata keçirib. Platforma bu günə qədər 285 milyon dollar investisiya toplayıb.

Plenty

"Bezos Expeditions" 2017-ci ilin iyulunda kənd təsərrüfatı texnologiyası təşəbbüsü olan "Plenty"ə 200 milyon dollar investisiya edib. "Plenty" bitkiləri həşərat dərmanı və GMO-suz bir şəraitdə inkişaf etdirmək üçün çalışan kənd təsərrüfatı texnologiya şirkətidir. Yeni təşəbbüsün topladığı investisiyanın həcmi 226 milyon dollardır.

Airbnb

"Airbnb" 191 ölkə və 81 000 şəhərdə beş milyondan çox evi paylaşan şirkətdir. Bezos "Airbnb"yə 112 milyon dollar investisiya edib və şirkətin bu günə qədər aldığı investisiyanın həcmi 4,4 milyard dollardan çoxdur.

Grail

"Bezos Expeditions" "Grail"ə 2016-cı ildə 100 milyon dollar investisiya edib. "Grail" xərçəng xəstəliyinin daha tez diaqnoz edilməsi üçün çalışan biotexnologiya şirkətidir. Şirkət 3 investisiya mərhələsində 1,6 milyard dollar sərmayəyə çatıb.

Juno Therapeutics