Münasibətlərinizə sehirli toxunuş edə biləcək


Digərləri 01 Yan 2019 18:20:00 207 0

Münasibətlərinizə sehirli toxunuş edə biləcək

Evlilikdə heç də hər şey davamlı yolunda getməyə bilər. Tərəflərdən asılı olan və ya olmayan səbəblərdən dolayı vaxtaşırı problemlər yarana bilər. Bəs görəsən, bu tip durumlarda münasibətləri necə yoluna qoymaq lazımdır. "Gencaile.az" saytıının "EvliSƏN" rubrikasında məhz bu haqda məsləhətlər verəcəyik.

Telefonu kənara qoyun

Son.az gencaile.az-a istinadən bildirir ki, məsələn, əgər həyat yoldaşınızla nahar və ya axşam yeməyi yeyərkən telefonu əlinizdən yerə qoymur və sosial hesablarınızı gözdən keçirirsinizsə, bu vərdişinizə dərhal son qoymalı və həyat yoldaşınıza vaxt ayırmalısınız. Hətta bəzi cütlüklər həm xoş anlarında, həm də problemli dönəmlərdə bir-birinə fikirlərini mesajla çatdırır ki, bunun özü də yanlış yanaşmadır. Həyat yoldaşınıza onun ürəyini yenidən fəth edəcək mesajlar yazmaq nə qədər xoş olsa da, bunu onun üzünə deməyiniz daha məsləhətlidir. Eyni şey ən əsəbi vaxtınız üçün də keçərlidir. Bu halda da aranızdakı "körpü" telefon olmamalıdır. Ən azı ona görə ki, həmin "körpü" aranızdakı digər "körpü"ləri istifadəsiz qoyur və bu da münasibətlərinizin düzəlməsinə əngəl olur.

Yatağa eyni anda girin

Bəzi cütlüklər gərgin iş qrafiki səbəbindən bir-birinə vaxt ayırmaqda çətinlik çəkir ki, bu da problemlərin yaranmasını şərtləndirir. Belə məqamlarda ən yaxşı varinat yatağa eyni vaxtda girməkdir. Əgər siz gec, həyat yoldaşınız isə tez yatırsa belə, yenə də ən azı qarşı tərəf  yuxuya keçənə qədər onunla eyni yatağı bölüşməkdə fayda var.

Jest edin

Münasibətlərdəki anlaşmazlığı aradan qaldırmaq üçün heç də hər zaman böyük jest etməyə ehtiyac yoxdur. Məsələn, həyat yoldaşınıza bir qəhvə hazırlamağınız belə ən önəmli addımlardan biri ola bilər. Belə olduqda qarşı tərəf özünün özəl biri olduğunu hiss edəcək. Həmçinin ilişkinizin sıradanlaşmasının qarşısı alınacaq.