Biznesdə xərcləri azaltmağın


Digərləri 01 Yan 2019 18:05:00 205 0

Biznesdə xərcləri azaltmağın

Hər bir biznes sahibi xərclərini optimal şəkildə azaltmağın yollarını axtarır. Bu xərclərin azaldılmasının yeni yollarını axtarmadan biznesiniz çətin ki, çiçəkləsin.

Əhəmiyyətli dərəcədə vəsaitə qənaət etməyə kömək edən praktik üsullar:

Freelancer əməkdaşlar

Son.az biznesmen.az-a istinadən bildirir ki, hər il ofisdən kənar və freelancer işləyən əməkdaşların sayı artmaqdadır. Rahat qrafik, evdən işləmək imkanı, seçim şansı - bütün bunlar bütün dünya üzrə milyonlarla insanı cəlb edir. Məhz freelancer əməkdaşlar sığorta, məzuniyyət xərcləri və s. baxımdan şirkətə qənaət etmək imkanı yaradır. Bu ucuz işçi qüvvəsindən müxtəlif istiqamətlərdə istifadə etmək olar: şifrələmə, dizayn, kopiraytinq, tərcümə və s.

Təcrübə proqramı

Bəzən ofisdən kənar fəaliyyət göstərən əməkdaş da lazımi anda köməyinizə çatmayacaq. Çünki çətin ki, ən bacarıqlı freelancer işçi kilometrlərlə uzaq məsafədən masanızın üzərindəki sənədləri qaydaya sala biləcək. Yerli universitetlərlə əlaqə saxlayın və qarşılıqlı faydalı şərtlər təklif edin. Bundan əlavə, müvafiq internet saytlarında reklam yerləşdirin.

Virtual ofis yaradın