Daha bir baş redaktorun məhkəməsi başlayır


Digərləri 01 Yan 2019 17:34:00 180 0

Daha bir baş redaktorun məhkəməsi başlayır

"Bastainfo.com" saytının baş redaktoru, Müsavat Partiyasının Mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəylinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Son.az "Report"a istinadən bildirir ki, bir neçə maddə ilə ittiham edilən M.Hacıbəylinin barəsində toplanan cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Səbuhi Hüseynovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.