Bağçalarda kişi tərbiyəçi


Digərləri 01 Yan 2019 17:20:00 255 0

Bağçalarda kişi tərbiyəçi

Azərbaycanda illərdir belə bir tendensiya yaranıb ki, kişilər bağçalarda tərbiyəçi işləyə bilməz. Hər halda, psixoloq Vəfa Rəşidova belə düşünür. Onun sözlərinə görə, bağçalarda kişi müəllimlərinin olması mütləqdir:

"Əgər valideyn kişi tərbiyəçisi olan bağçaya uşağını yollamaq istəmirsə, müəllimin pedofil olma şübhəsi varsa, həmin şəxs məktəbə uşağını yollayanda da güvənsiz olacaq. Bu, valideynin qorxusu, şəxsi yanaşmasıdır.

Bu, düzgün yanaşma deyil. Bu cür düşünmək haradasa eşitdiyi və travma aldığı düşüncədən irəli gəlir. Çünki bu gün bağça, məktəblərin ərazisində pedofil var ki, qorxurlar".

Son.az gencaile.az-a istinadən bildirir ki, psixoloq bildirir ki, bağçalarda, məktəblərdə müəllimlər işə götürülmədən əvvəl psixoloji müayinədən keçirilməlidir: