SOCAR almanları Türkiyə bazarından çıxarır


Digərləri 01 Yan 2019 13:13:00 162 0

SOCAR almanları Türkiyə bazarından çıxarır

Türkiyə iqtisadiyyatında ən iri investorlardan olan SOCAR bu ölkənin qazpaylayıcı şəbəkə sisteminə daxil olmağı hədəfləyir.

Virtualaz.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, şirkət illik 54 milyard kib metr qaz istifadə edilən bu ölkənin təbii qaz bazarında 20 faiz paya sahib olmağı planlaşdırır.

Mənbə qeyd edir ki, SOCAR Almaniyanın EWE şirkətinin Türkiyədə təbii qaz paylayıcı sisteminə daxil iki bölgəni satın almaq üçün fəaliyyətə keçib. "Satınalmanın 2019-cu ilin ilk aylarında həyata keçirilməsi gözlənilir", - mənbə yazır.