Azərbaycan pomidor ixracını artırıb


Digərləri 01 Yan 2019 09:31:00 210 0

Azərbaycan pomidor ixracını artırıb

2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycan 162,2 milyon dollar məbləğində pomidor ixrac edib

Bakı. Orxan Nəbiyev - 2018-ci ilin yanvar-noyabr aylarında Azərbaycan 162,2 milyon dollar məbləğində pomidor ixrac edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,6 faiz çoxdur. Trend-in məlumatına görə, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxracat icmalı”nda deyilir. İxrac olunan məhsullar siyahısında ikinci yerdə 107,2 milyon dollar məbləği ilə qızıl (7,9 faiz azalma), üçüncü yerdə 89,1 milyon dollar məbləği ilə xurma (21,4 faiz artım) qərarlaşıb.