İş yerində münaqişə orqanizmə necə təsir edir?


Digərləri 31 Dek 2018 23:34:00 264 0

İş yerində münaqişə orqanizmə necə təsir edir?

ABŞ-ın Portlend dövlət universitetinin alimləri iş yerində münaqişə və neqativ münasibətlərlə psixoloji xəstəliklərin inkişafı arasında qarşılıqlı əlaqəni üzə çıxarıb.

Son.az oxu.az-a istinadən bildirir ki, bu haqda "Occupational Health Science" jurnalında elmi məqalə dərc olunub.

Eksperimentdə bir şirkət və ya müəssisədə çalışan 305 heteroseksual cütlük iştirak edib.  Respondentlər iş yerində həmkarlarının etinadsız yanaşması, qıcıqlandırıcı şərhləri və replikaları ilə tez-tez üzləşib-üzləşmədiyi ilə bağlı sualı cavablandırıb.

Bundan başqa, psixoloqlar sınaqda iştirak edənlərin belə hallarla üzləşdikləri vaxt gündə neçə dəfə kofein qəbul etdiklərini və digər təfsilatları öyrənməyə çalışıb.