Bayram günü dənizə düşən şəxs xilas edilib


Digərləri 31 Dek 2018 20:34:00 191 0

Bayram günü dənizə düşən şəxs xilas edilib

Bayram günü Sumqayıtda dənizə düşən şəxs xilas edilib. Fövqəladə Hallar Nazirliyindən Son.az-a verilən məlumata görə, Sumqayıt şəhərində 1 nəfərin dənizə düşməsi barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə cəlb olunmuş Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşı sudan çıxarmış və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.​