ABŞın Suriyadan çıxması kürdlərə zərbə vuracaq


Dünya 31 Dek 2018 16:45:00 213 0

ABŞın Suriyadan çıxması kürdlərə zərbə vuracaq

ABŞ hərbçilərinin Suriyadan çıxarılmasından sonra İŞİD terror təşkilatının mövqelərinin güclənməsi riski var.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bunu İsveçrənin RTS kanalına müsahibəsində BMT Baş katibinin Suriya üzrə xüsusi nümayəndəsi Stefan de Mistura deyib.

"ABŞ hərbçilərinin Suriyadan çıxarılması xüsusilə kürdlərə zərbə vuracaq. Unutmaq olmaz ki, bu xalq Suriyada heç bir halda görməzdən gəlinməsi mümkün olmayacaq çox vacib komponentdir", - deyə o bildirib.