Gələn il evlərin qiymətində ucuzlaşma olacaq?


Digərləri 31 Dek 2018 16:15:00 293 0

Gələn il evlərin qiymətində ucuzlaşma olacaq?

2018-ci il üzrə ilk 11 ayın nəticələrinə əsasən, daşınmaz əmlak bazarında 6,78 faiz artım qeydə alınıb.

Son.az bildirir ki, bu sözləri Axar.az-a açıqlamaslnda "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib. N.İbrahimovun sözlərinə görə, torpaq sahəsi, həyət və bağ evlərinin qiyməti daha çox bahalaşıb.

O bildirib ki, təkrar mənzil bazarında 2, ilkin bazarda 3, torpaq bazarında 9, kommersiya obyektləri bazarında isə 1 faiz artım olub.

N.İbrahimov ötən 11 ayda icarə və kirayə bazarı üzrə 5 faizə yaxın, ümumi bazar üzrə 4,72 faiz artım olduğunu qeyd edib.