11 dəfə həbs edilən killer Yeni ili evində qarşılayacaq


Dünya 31 Dek 2018 15:45:00 281 0

11 dəfə həbs edilən killer Yeni ili evində qarşılayacaq

Yunanıstanda türk diplomatlarını qətlə yetirən "17 Noyabr" terror təşkilatının 11 dəfə həbs edilən killeri Dimitiri Kufonidas yeni ili evində qeyd edəcək.

Son.az Teleqraf.com-a istinadən xəbər verir ki, Yunanıstan həbsxanalar komissiyası Dimitri Kufonidasın 6 günlük azadlığa buraxılması tələbinə müsbət rəy verib. Bununla da killer Yeni il bayramını azadlıqda keçirəcək. Bayramdan sonra isə yenidən həbsxanaya qayıdacaq.

Qeyd edək ki, Dimitiri Kufonidas 1991-ci ildə Türkiyə səfirliyinin mətbuat Ateşesi Çətin Görgünü şəhid edib. Eyni ildə türk səfirinin müşaviri Dəniz Bölükbaşının içində olduğu xidməti avtomobilə terror hücumu həyata keçirib.

1994-cü ildə isə Türkiyənin Afindakası səfirinin müşaviri Ömər Haluk Sioahioğlunu qətlə yetirib.