Şampun və diş pastası qızlar üçün təhlükəlidir


Digərləri 31 Dek 2018 12:30:00 238 0

Şampun və diş pastası qızlar üçün təhlükəlidir

Şampun və diş pastasının gözlənilməyən təhlükəsi müəyyən edilib.

Son.az Sputnik Azərbaycan-a istinadla xəbər verir ki, Kaliforniya universitetinin alimləri müəyyən edib ki, şampun, diş pastası və sabunun tərkibində olan kimyəvi maddələrə məruz qalan uşaqlar erkən cinsi yetişməyə meyilli olurlar. Bu da öz növbəsində psixi xəstəliklər, süd vəzisi və cinsi orqanların xərçənginə səbəb olur.

Araşdırmada 388 qız iştirak edib. Onlar doğulandan yeniyetməlik dövrünə qədər müşahidə altında olub. Ekspertlər uşaqların orqanizminin inkişafına və boyun artmasına təsir göstərən əsas faktorları müəyyən edib.