Ağız qoxusundan xilas olmağın təbii yolları


Digərləri 31 Dek 2018 11:45:00 582 0

Ağız qoxusundan xilas olmağın təbii yolları

Ağız qoxusu həm insanın özünü, həm də ətrafdakı insanları narahat edir. Bu problemi yaşayanlar danışmaqdan çəkinir, ya da danışarkən ağızlarını tuturlar. İnsanın özünə olan inamını itirməsinə səbəb olan ağız qoxusu psixoloji problemlərə də yol aça bilər. Ağız içi infeksiyalar, diş çürükləri, mədə ilə bağlı problemlər, ağız quruluğu və aclıq kimi hallar ağız qoxusuna səbəb olan amillər arasındadır. 

Son.az axşam.az-a istinadən ağız qoxusundan xilas olmaq üçün təbii yolları təqdim edir:

Alma, armud, kök - Ehtiva etdikləri qida lifi sayəsində tüpürcəyi təmizləyər, eyni zamanda xoş dadları sayəsində nəfəsimizi təravətləndirər.

Təzə nanə yarpaqları -  Xüsusilə soğan ya da sarımsaq yemisizsə, bunların qoxularını yox etmədə olduqca təsirli bir bitkidir.

Darçın qabıqları - Darçın qabıqlarında olan xüsusi bir yağ, ağızda olan bakteriyanı yox edər.