Nazir: İran benzin istehsalını artıracaq


Dünya 31 Dek 2018 07:22:00 243 0

Nazir: İran benzin istehsalını artıracaq

İran benzin istehsalının gündə 100 milyon litrə qədər artıracaq.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu ölkənin neft naziri Bijən Namdar Zəngənə bildirib.

Nazir bildirib: "Yaxın gələcəkdə "Setareh Khalij-e Fars" neft emalı zavodunun üçüncü mərhələsi işə salınacaq, buna görə də, benzin istehsalı sutkada 100 milyon litrədək artacaq".