Motosiklet maşınla toqquşub, sürücünün ayağı sındı, amputasiya ediləcək


Digərləri 30 Dek 2018 23:50:00 278 0

Motosiklet maşınla toqquşub, sürücünün ayağı sındı, amputasiya ediləcək

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Son.az "report"-a istinadən bildirir ki, rayonun Uzuntəpə kəndi ərazisində minik avtomobili motosikletlə toqquşub.

Qəza nəticəsində motosikletin sürücüsü ağır vəziyyətdə xəstəxanaya gətirilib. Onun ayağının sındığı və amputasiya ediləcəyi bildirilir. Hadisənin səbəbləri və yaralının şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.