Heç kəsin inanmadığı ən uğurlu biznes layihələri FOTO


Digərləri 30 Dek 2018 23:34:00 302 0

Heç kəsin inanmadığı ən uğurlu biznes layihələri  FOTO

Əgər sizin qonşunuz öz qarajında lazımsız əşyalardan yeni texnika icad edirsə, sizə məsləhətimiz, gülüb keçməyin, sakitcə müşahidə edin. Bəlkə də onun əzmi və inamı gələcəyin Stiv Cobsunu yaradır.

Son.az "ölkə.az"-a istinadən heç kəsin inanmadığı amma sonradan dünyanın uğurlu biznes layihəsinə çevrilən layihələri təqdim edir.

Kriptovalyuta

2009-cu ildə  kriptovalyuta yarananda heç kəs bitkoinin geniş təbəqə arasında məşhurlaşacağına inanmırdı. İqtisadçılar onun tezliklə iflasa uğrayacağına əmin idilər.  Çoxu isə lap uğur qazanacağı təqdirdə belə, dünyanın güclü dövlətlərinin nəzarətdə saxlaya bilmədikləri valyutanının inkişafına mane olacaqlarını düşünürdü.

Bitkoini kəşf edən yapon Nakomi Satamoşi 2009 -cu ildə ilk 50 kriptovalyutanı əldə edir. Sonra o, İT biznes forumunda bitkoini tanıtmaq üçün səmərəli təklif hazırlayıb iş adamlarına yollayır. Minlərlə insanın içindən yalnız bir nəfər Nakominin təklifinə müsbət cavab verir. O gündən sonra Bitkoinin sərmayəsi durmadan artır və birjalarda layiqli yerin tutur. İlk dəfə 2009-cu ilin oktyabr ayında bitkoint  "New Liberty Standard" birjasına çıxarılır. Onda 1 dollara 1309 bitkoin almaq olardı. 12 iyul 2010 ci ildə kriptovalyutanın qiyməti 100 dəfə artmışdı. Sonralar isə onun qiyməti 20.000 dollara qədər yüksəldi.

Apple

"Əgər telefon bazarının 1 %-ni Apple telefonları tuta bilsə, demək ki, hər şey yaxşı olacaq"-bu fikirləri 2007-ci ildə ilk "iPhone" telefonu işıq üzü görəndə Stiv Cobs demişdi. Baxmayaraq ki, o zamana qədər şirkət yetərincə məşhur idi. Buna baxmayaraq Cobs özü bu barədə belə düşünürdüsə, onda 1976-ci ildə şirkət yarananda nə demək olardı?  Bəlkə də o, kiçik, nəm qarajda özünün ilk təcrübələrini edəndə gələcəyin nəhəng şirkətini yaradacağına özü belə inanmayıb.

Ondan bir müddət sonra şirkətin yaradıcılarından biri olan Ronald Ueyn Apple-ın ilk loqotipini - "Apple I"i kompyüteri üçün yaradır. Bu ağacın altında əlində alma olan İsaak Nyuton idi. 2 həftədən sonra isə o, öz səhmlərini 800 dollara şirkətə satır və gələcəkdə onlara qarşı heç bir iddiası olmayacağı haqqında sənəd imzalayır.

Şirkətin indiki dəyəri ilə Ueynin səhmləri 35 milyard dollar civarında ola bilərdi.  Hal-hazırda Ronald köhnə marka satan sadə təqaüdçüdür.

Twitter

Məşhur sosial şəbəkələrdən biri sayılan "Twitter" "Odea" şirkətində işçilərin daxili yazışmalarına görə qurulmuşdu. Bəlkə də hal-hazırda "Odea"nı wikipediyadan başqa xatırlayan yoxdu.  Məhz  o zaman "Twitter" adlanan sistem əməkdaşların "Hal-hazırda nə işlə məşğulsunuz? " sualına qısa cavab vermək üçün yaradılmışdır.  O 2006-ci ilin yayından yavaş-yavaş popularlaşmağa başlayır, 2007-ci ilin aprelində Texas ştatında keçirilən "SXSW" festivalından sonra isə ilk böyük auditoriyasını qazanır.Bir gecənin içində sistemi minlərlə insan izləməyə başlayır.


Xəbərə aid fotolar