Çində 50 milyard ədəd sürətli poçtkuryer daşınması reallaşıb


Digərləri 30 Dek 2018 23:30:00 532 0

Çində 50 milyard ədəd sürətli poçtkuryer daşınması reallaşıb

Bu il Çində sürətli poçt-kuryer daşınması 50 milyard ədədə çatıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, son üç ildə bu sektorda illik artım təxminən 10 milyard ədəd olub. Çin son 5 ildə sürətli poçt daşınmalarının sayına görə dünyada birinci yerdə qərarlaşıb.

Qeyd edək ki, Çində elektron ticarətin dövriyyəsi illik 1 trilyon ABŞ dollarına çatıb. Bu, ölkədə ümumi pərakəndə ticarətin təxminən 20 faizini təşkil edir. Elektron ticarətin genişlənməsi öz növbəsində sürətli poçt daşınmalarının sayının da əhəmiyyətli dərəcədə artmasına səbəb olub.