"Mercedes" idarəetmədən çıxaraq aşıb, xəsarət alan var


Digərləri 30 Dek 2018 22:10:00 249 0

"Mercedes" idarəetmədən çıxaraq aşıb, xəsarət alan var

Mingəçevir-Xaldan yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində xəsarətlə nəticələnən yol qəzası baş verib.

Son.az "report"-a istinadən bildirir ki, "90-UB-132" dövlət qeydiyyat nişanlı "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində azı 1 nəfər xəsarət alıb. Hazırda hadisə ilə bağlı araşdırmalara başlanılıb.