Noyabrda ABŞın xam neft və maye qaz istehsalında rekord qeydə alınıb


Dünya 30 Dek 2018 20:30:00 530 0

Noyabrda ABŞın xam neft və maye qaz istehsalında rekord qeydə alınıb

Noyabrda ABŞ-ın xam neft və mayeləşdirilmiş təbii qaz istehsalı rekord səviyyəyə çatıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir.

Bildirilir ki, ötən ay Birləşmiş Ştatların xam neft və mayeləşdirilmiş təbii qaz hasilatı bu ilin 11 ayının maksimumuna yüksəlib. Belə ki, noyabrda ABŞ-ın neft hasilatı əvvəlki ilə görə 5,7 faiz artaraq gündəlik orta hesabla 11,7 milyon barrelə çatıb. Ölkədə mayeləşdirilmiş təbii qaz istehsalı isə keçən ay 2017-ci illə müqayisədə 11,2 faiz çoxalaraq 4,6 milyon barrel olub.

Qeyd edək ki, ABŞ-ın neft hasilatı sonuncu dəfə 1970-ci ilin noyabrında maksimum - sutkada orta hesabla 10,04 milyon barrel təşkil edib.