İranda qadınlar arasında QİÇS 10 dəfə artıb


Dünya 30 Dek 2018 18:45:00 285 0

İranda qadınlar arasında QİÇS 10 dəfə artıb

İki il öncədən İranda QİÇS-in yayılmasının əsas yolu cinsi əlaqə olmuşdur. Bir zamanlar bu xəstəliyin nəqli kişi narkomanları arasında 97%, qadın narkomanlar arasında 3% idi. Lakin ötən iki il ərzində cinsi əlaqə ilə xəstəliyə yoluxan qadınların sayı 10 dəfə artıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu sözləri İranın QİÇS Araşdırmalar Mərkəzinin direktoru Minu Möhrəz deyib.

Onun sözlərinə görə, ölkədə QİÇS virusuna yoluxanların əksəriyyəti 25-40 yaşlılardır. Bu sahədə məlumatlandırmanın zəifliyi, təlimlərin olmaması xəstəliyin artmasına gətirib çıxarıb.

Möhrəz əlavə edib: Cinsi əlaqəyə görə, QİÇS gənclər, xüsusilə də qadınlar arasında artmaqdadır. Bu sahədə cəmiyyəti məlumatlandırmaq səviyyəsi yüksəlməlidir. Çünki yeni xəstələr əsasən ali təhsillidirlər.