Təbriz Raufoğlu AGAHın sədri seçildi


Digərləri 30 Dek 2018 18:25:00 250 0

Təbriz Raufoğlu AGAHın sədri seçildi

19 Oktyabr 2018-cı ildə Türkiyə Respublikası qanunvericiliyinə müvafiq olaraq rəsmən dövlət qeydiyyatına alınan Ankarada yaşayan azərbaycanlı gənclərin sivil təşkilatlanması yönündə fəaliyyət göstərəcək "Azərbaycan Gənclərinin Ankara Həmrəyliyi" (AGAH) Gənclər Təşkilatının Ümumi Yığıncağı keçirilib. Ümumi Yığıncağın keçirilməsində əsas məqsəd təsis edildikdən sonra müvəqqəti İdarə Heyəti tərəfindən idarə edilən İctimai Birliyin icra və nəzarətedici orqanlarının seçilməsi və strukturunun təsdiqlənməsi olmuşdur.

AGAH-ın Mətbuat Xidmətindən Son.az-a verilən məlumata görə Ümumi Yığıncağa Ankarada təhsil alan və yaşayan gənclərdən ibarət təşkilatın üzvləri qatılıb. Yığıncaqda gündəlikdə duran əsas məsələlər təşkilat sədrinin seçilməsi, İdarə Heyətinin formalaşdırılması və Nəzarət Təftiş Komissiyasının tərkibinin müəyyən edilməsi olub. Bundan əlavə təşkilatın departamentləri və demartament rəhbərləri də təyin edilib.

Ümumi Yığıncaqda açıq səsvermə yolu ilə keçirilən seçkidə Ankara Universiteti Hüquq fakültəsinin doktorantı Təbriz Cəfərov AGAH İdarə Heyətinin sədri, Türkiyə Barolar Birliyinin üzvü, vəkil Ruslan Edison isə AGAH-ın sədr müavini seçilib. Gazi Univesitetinin magistr tələbəsi Şəlalə Əsədova isə təşkilatın Baş katibi təyin edilib. Bundan əlavə təşkilatın tam tərkibdə İdarə Heyətinin  üzvləri və NTK-sı formalaşdırılıb.

AGAH sədri seçilən Təbriz Cəfərov açıqlamasında belə deyib:


Xəbərə aid fotolar