Almaniyada qadın "işlənmiş" ərini satışa çıxardı


Digərləri 30 Dek 2018 13:50:00 352 0

Almaniyada qadın "işlənmiş" ərini satışa çıxardı

Almaniyanın Hamburq şəhərinin sakini, özünü "Dorte L" kimi təqdim edən qadın məşhur "eBay" internet-auksionunda öz ərini satışa çıxarıb.

Son.az Virtualaz.org-a istinadən xəbər verir ki, "İşlənmiş ər" adlı lotun qiyməti cəmi 18 avrodur.

40 yaşlı qadın əlavə edib ki, 7 ildir ərdədir. Onun fikrincə, münasibətləri adiləşib və əri ilə o, artıq "bir-birinə məxsus deyillər".