Utancaq Bakı qızları, Azərbaycan mahnısı oxuyan Sıla,


Şou-biznes 30 Dek 2018 10:16:00 646 0

Utancaq Bakı qızları, Azərbaycan mahnısı oxuyan Sıla,

"Kaş əvvəldən bu mahnı ilə başlayardım"...

Ötən gün Sıla Bakı Konqres Mərkəzində konsert verib. Türkiyənin məşhur müğənnisi minlərlə insanın qarşısında, Azərbaycanda ilk dəfə bu məkanda çıxış edib. Şən mahnıları az olan müğənni özünəməxsus ifalarına görə bütün zalı doldura bilib.

Konsertin açılışını edən Nəsib Nurun dediyinə görə, Sıla öz istəyi ilə Bakıya konsertdən bir gün əvvəl gəlib, paytaxtımızı gəzmək, milli yeməklərimizdən dadmaq istəyib.

Nitq söyləmədən, birbaşa mahnı ilə konsertə başlayan Sıla çoxlarını təəəccübləndirib. O, sanki, "ateşle oynama" mahnısına gələn xoş reaksiyadan sonra tamaşaçılara öyrəşərək onları salamlayıb.

"Xoş axşamlar. Nəhayət, 11 ildən sonra görüşə bildik. Bu nə gözəl salondur. Bu qədər gülərüz insanı bir arada görməmişəm. Bakını çox bəyənirəm. Bundan əvvəl iki dəfə burda olsam da, ilk dəfədir konsert verirəm", - deyən müğənninin tamaşaçılardan bir istəyi vardı. O da konsertin maraqlı keçməsi...

Müğənni əvvəldən də xahiş edərək bildirib ki, mahnı oxuyanda tamaşaçılar da ona qoşulsun. Demək olar ki, o, hər mahnısının bir cümləsini tamaşaçılara oxutdurub.

Ən maraqlı məqam isə onun "sevişmədən uyumayalım" mahnısında yaranıb. Belə ki, tamaşaçılar, xüsusən də, qızlar bu hissəni səsləndirməyə çəkinsələr də, sonradan rahatlıqla müğənniyə qoşulublar.

Videonu izləmək üçün şəklə klikləyin: