Elmi, əməli, həqiqi hikmət. Onlara necə nail olmaq?


Digərləri 29 Dek 2018 23:45:00 746 0

Elmi, əməli, həqiqi hikmət. Onlara necə nail olmaq?

Quran və hədislərin nəzərinə görə, hikmət üç növə bölünür: elmi, əməli və həqiqi hikmətə.

Son.az deyerler.org-a istinadən bildirir ki, hikmətin hər bir növü nərdivanın pilləsinə bənzəyir. İnsan hər birini keçərək, kamal qalasına addım atır. Bu nərdivanın ilk pilləsi - elmi hikmətdir ki, onun əsasını peyğəmbərlər (ə) qoymuşdular.

İkinci pillə - əməli hikmətdir ki, insan onu gərək özü yaratsın.

İkinci pillə hazır olandan sonra, sonuncu pillə olan həqiqi hikmət pilləsi gəlir ki, insanı kamala çatdırır.

Hikmətin bu növlərini daha ətraflı tanıyaq.

Elmi hikmət.

Elmi hikmət deyildikdə, məqsəd hər bir bilik və ya mərifət nəzərdə tutulur ki, kamil insan olmaq üçün zəruridir. Başqa sözlə desək, həm əqaidə aid olan elm hikmətdir və həm də əmələ aid olan elm. Ona görə də Allah Təala həm etiqadi, həm əxlaqi, həm də əməli elmləri tanıdaraq, onların hamısını hikmət adlandırmışdır. "Bu (iyirmi neçə vacib və haram xislət), Rəbbinin sənə vəhy etdiyi bəzi hikmətlərdəndir (şəriət hökmləri və əqli qanunlardandır)". ("İsra" 39).

Elmi hikmət İlahi peyğəmbərlərin (ə) besətinin ilk fəlsəfəsi olmuşdur.

Qurani-Kərim bu haqda buyurur: "Şübhəsiz, Allah möminlərin boynuna, onlara (mələklərdən və cinlərdən deyil)özlərindən Onun ayələrini onlara oxuyan, onları paklaşdıran və onlara (səmavi) kitabı, şəriət hökmlərini və əqli maarifi öyrədən bir peyğəmbər göndərən zaman, haqq qoydu. Həqiqətən onlar bundan əvvəl açıq-aydın bir azğınlıqda idilər". ("Ali-İmran" 164).

Əməli hikmət.