Şaxta baba hansı xəstəliklərdən əziyyət çəkir? –


Digərləri 29 Dek 2018 21:25:00 834 0

Şaxta baba hansı xəstəliklərdən əziyyət çəkir? –

Britaniyalı alimlər fizik Keti Şinin rəhbərliyi altında uşaqların sevimli və çox inandığı bayram personajı Santa Klaus,  Şaxta babanın sağlamlığını təhlil edib və hansı xəstəliklərdən əziyyət çəkdiyini tapıb. Yeni il öncəsi yarı zarafat, yarı gerçək bu eksperiment əslində Şaxta babanın da özünəməzsus xəstəliklərinin olduğunu göstərdi.

Son.az medicina.az-a istinadən bildirir ki, ekspertlər Şaxta babanın görünüşü, bədən quruluşu, bəzi əlamətləri ilə onun xəstəliklərini təxmin ediblər. Santa Klaus - xristian Nikolay Mirlikiyskinin versiyasıdır. Nikolay III əsrdə indiki Türkiyə ərazisində yaşayıb və uşaqların himayəçisi olub.

Qırmızı burun: rozasea, rinofima yoxsa alkoqolizm?

Şaxta baba qırmızı burunla təsvir olunur. Guya şaxtadan gəldiyi üçün burnu donub. Burun ucu və yanaqlarında partlamış kapilyarlardan qırmızılıq var.

Həkimlər isə bunun səbəbini alkoqolizmdə görür. Yəni şaxta baba içir. Hər halda şaxtada donmamaq və bu qədər işin öhdəsindən gəlmək üçün içmək qısa yoldur.

Qırmızı burunun digər səbəbi rozasea adlı damar patologiyasıdır. Bu patologiyaya səbəb də tez-tez həddən artıq soyuma, temperatur enməsi və xroniki alkoqolizmdir. Qısası, şaxta baba içir və şaxtadan burnunda damarlar partlayır.

Gözləri zəif görür

Santa Klaus eynəkli təsvir olunur. Ona yazılmış milyonlarla uşağın məktubunu da oxumaqdan gözləri zəifləyib. Həm də yaşla bağlı gözlərdə zəiflik yaranır. Üstəlik hisli bacadan enib-çıxmaq da gözlərə mənfi təsir göstərir. Əgər Santa Klaus çox kökdürsə, ola bilər diabeti var, diabetik retinopatiya da gözləri zəiflədir.

Piylənmə və ateroskleroz