Böyük alimlərin həyat yoldaşlarına münasibəti


Digərləri 29 Dek 2018 21:10:00 566 0

Böyük alimlərin həyat yoldaşlarına münasibəti

Ayətullah Pəhlivani böyük əxlaq ustadlarından olmuşdur ki, bizə dəyərli tövsiyələr verir. Alim buyurur: "Həyat yoldaşınıza təşəkkür edin, baxmayaraq ki, bişirdiyi yemək duzlu və ya duzsuz olsa belə. O zaman ki, onun bişirdiyi yeməkdən razılıq bildirərsiniz, həyat yoldaşınız sevinər. Bu da sizin mənəvi inkişaf etməyinizə səbəb olar.

Son.az deyerler.org-a istinadən bildirir ki, bir dəfə cavan olan zaman mən ailəmdə pis rəftar nümayiş etdirmişdim. Məna aləmində mənə deyildi ki, sənin əməllərin 20 il təsirsiz olacaqdır".

Əllamə Təbatəbainin oğlu atasından nəql edir: "Bu, sənin anandır ki, məni bu yerə gətirib çıxartmışdır. O, mənim şərikimdir. Hər nə qədər kitab yazmışamsa, yarısı onundur".