Bu vasitələr bahalı kremlərdən geri qalmır


Digərləri 29 Dek 2018 19:35:00 479 0

Bu vasitələr bahalı kremlərdən geri qalmır

"Gözəllik qurban tələb edir" deyəndə atalarımız yəqin ki, maddi vəsaiti nəzərdə tutmayıblar.

Amma müasir zamanda qurban elə məhz puldur. Pulundan keçərək bahalı üz qulluq vasitələri, kosmetik vasitələr alıb, gözəlləşə bilərsən. Amma bir çox qulluq vasitələri var ki, onları daha ucuz qiymətə, elə apteklərdən də əldə edərək gözəlləşmək olar.

Son.az medicina.az-a istinadən bahalı kremlərdən heç də geri qalmayan ucuz qulluq vasitələrini təqdim edir:

1) Kəhrəba turşusu hüceyrələrin tənəffüsünü və qan dövranını yaxşılaşdırır. Kosmetika istehsalçıları bu maddəni yaşlanma əleyhinə vasitələrin tərkibinə əlavə edirlər. Səbəbi isə kəhrəba turşusunun dəri toxumalarını elastik etməsi, ona sağlam  rəng verməsi və şişkinliyini aradan qaldırmasıdır.

Apteklərdə kəhrəba turşusu (rus dilində "yantarnaya kislota") həb şəklində satılır. Ev şəraitində ondan effektiv maska hazırlamaq mümkündür. Bunun üçün kəhrəba turşusu həblərini əzərək toz halına salın. 1 ç/q tozu 3 x/q su ilə həll edin. Qarışımı üzünüzdə 10-15 dəqiqə saxlayın. Əks halda quruluq yarada bilər. Su əvəzinə aloe vera bitkisinin şirəsindən də istifadə etmək olar.  

2) Kapsulda olan pişikotu (valerian)

Pişikotu əsasında hazırlanan preparatlar sakitləşdirici və yuxugətirici vasitə kimi istifadə edirlər. Amma bu bitki yalnız tibdə deyil, həmçinin kosmetologiyada da istifadə edilir. Valerian dərini hamarlaşdıraraq əzələləri tonuslaşdırır. Həmçinin də bu maddə iltihab və günəş yanıqları zamanı da yaxşı təsir edir.

Kapsulu deşin və tərkibində olan maddəni gözlərinizin altı da daxil olmaqla üzünüzə sürtün.

Gündəlik istifadə zamanı effekt 1 həftədən sonra üzə çıxacaq.