Gömrükdə vətəndaşın çantasında güclü təsir edən maddə aşkarlandı


Digərləri 29 Dek 2018 15:49:00 249 0

Gömrükdə vətəndaşın çantasında güclü təsir edən maddə aşkarlandı

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə daxil olan əməliyyat məlumatına əsasən, Türkiyə-Naxçıvan-Bakı marşrutu ilə gələn Türkiyə Respublikasının vətəndaşı gömrük nəzarəti zonasını tərk etdikdən sonra gömrük əməkdaşları tərəfindən saxlanılıb.

Dövlət Gömrük Komitəsindən Son.az-a verilən məlumata görə, vətəndaşın baqajına və əl yükünə yoxlama keçirilməsi üçün o, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin inzibati binasına dəvət olunub. Yoxlama zamanı, Türkiyə Respublikasının vətəndaşına məxsus çantanın içərisindəki üç qutuda cəmi 308 kapsul "Neogaba Pregabalin 300 mg" adlı dərman preparatı aşkarlanıb.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin arayışına əsasən, aşkar olunan dərman preparatlarında preqabalinin təsiredici maddəsinin ümumi miqdarı 92,4 qram təşkil edir.

Xatırladaq ki, preqabalin "Güclü təsir edən maddələrin siyahısı"na daxildir.


Xəbərə aid fotolar