Şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı gələn il ərzində yekunlaşacaq


Digərləri 29 Dek 2018 15:11:00 216 0

Şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödəmə ilə təminatı gələn il ərzində yekunlaşacaq

3097 şəhidin 4190 vərəsəsi 11 min manat məbləğində birdəfəlik ödəmə ilə təmin edilib

Bakı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanı mühüm sosial əhəmiyyət kəsb edən sənəd olmaqla, ölkəmizdə şəhid ailələrinin rifah halının yaxşılaşdırılmasında daha bir mühüm bir addımın atılmasına səbəb olub. Şəhid hərbi qulluqçuların vərəsələrinin birdəfəlik ödəmə (11 min manat) ilə təminatını nəzərdə tutan Fərmanın icrası olaraq, müvafiq işlər davam edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, artıq 3097 şəhidin 4190 vərəsəsinə birdəfəlik ödəmənin verilməsi barədə qərar qəbul olunub və onların hər birinin bank hesabına müvafiq vəsaitin köçürülməsi təmin edilib.